“İnter”: Atalar üçdən deyib
06.05.2010 - 10:02
“İnter”: Atalar üçdən deyib
Bakının “İnter” klubunun futbolçusu Milan Zaqorats Azərbaycan kubokunun tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, 30 yaşlı müdafiəçi yarımfinal mərhələsinin “Bakı” ilə cavab oyununda öz qapısına qol vurmaqla, cari mövsüm bu yarışda 4-cü avtoqolun müəllifi olub.

Bununla, “İnter” kubokun vahid rekordçusu olub. Belə ki, qeydə alınan 4 avtoqoldan üçü Kaxaber Sxadadzenin yetirmələrinin oyunlarına təsadüf edib. İlk iki halda rəqiblərinin qoluna sevinən paytaxt futbolçuları, bu dəfə özləri qapıları səhv salıb.

Mərhələ

tarix

oyun

hesab

Avtoqol müəllifi

1/16

22.09.2009

Şahdağ - ANŞAD-Petrol

3:2

Ruslan Əkbərov (ANŞAD-Petrol)

1/8

04.11.2009

İnter - Karvan

4:0

Anar Həsənov (Karvan)

1/8

11.11.2009

Karvan - İnter

2:3

Ernani Pereyra(Karvan)

1/2

05.05.2010

Inter - Bakı

1:3

Milan Zaqorats (İnter)