Azərbaycan kuboku: Qırılmayan tendensiya
06.05.2010 - 10:41
Azərbaycan kubokunun finalı ilə bağlı davam edən tendensiya qırılmadı. Apasport.az saytının məlumatına görə, bu dəfə də həlledici görüşdə paytaxt - əyalət qarşılaşması olacaq.
Mayın 23-də “Bakı” ilə “Xəzər-Lənkəran” Azərbaycan kubokunun tarixində ilk dəfə finalda görüşəcəklər. Bununla da 17-ci finalın yarıdan çoxunda – 9-da Bakı və əyalət təmsilçisi üzləşəcək. Qalan 8 finalın 6-da əyalət, 2-də Bakı derbisi olub.
Paytaxtı indiyə kimi finalda “Bakı” ilə yanaşı, “Neftçi”, “İnter”, “İnşaatçı”, “Xəzri” və “Şəfa” təmsil edib. Lənkəran 4-cü dəfə finalda təmsil olunsa da, 1994-cü ildə həlledici oyuna çıxan “Xəzər” indiki “Xəzər-Lənkəran”ın varisi sayılmır. Paytaxt təmsilçiləri indiyədək finalda əyalət klubları ilə görüşlərində balansda üstünlüyə malikdir. Belə ki, arxada qalan 8 oyunun 3-də bakılılar meydanı başıaşağı tərk edib. Bu, “Xəzri”nin Gəncə “Kəpəz”inə, “İnter”in son iki ildə “Xəzər-Lənkəran” və Ağdamın “Qarabağ” klubuna uduzması zamanı reallaşıb.
Qeyd edək ki, 2002-ci ildə çempionatla yanaşı, ölkə kuboku da klublarla AFFA arasında yaranan qalmaqal üzündən sona çatdırılmayıb.
Azərbaycan kubokunun final oyunları
1992-ci il
“İnşaatçı” (Bakı) – “Kür” (Mingəçevir) – 2:1
1993-cü il
“Qarabağ” (Ağdam) – “İnşaatçı” (Sabirabad) – 1:0
1994-cü il
“Kəpəz” (Gəncə) – “Xəzər” (Lənkəran) – 2:0
1995-ci il
“Neftçi” (Bakı) – “Kür-Nur” (Mingəçevir) – 1:0
1996-cı il
“Neftçi” (Bakı) – “Qarabağ” (Ağdam) – 3:0
1997-ci il
“Kəpəz” (Gəncə) – “Xəzri” (Bakı) – 1:0
1998-ci il
“Kəpəz” (Gəncə) – “Qarabağ” (Ağdam) – 2:0
1999-cu il
“Neftçi” (Bakı) – “Şəmkir” (Şəmkir) – 0:0 (penaltilərlə - 5:3)
2000-ci il
“Kəpəz” (Gəncə) – “Qarabağ” (Ağdam) – 2:1
2001-ci il
“Şəfa” (Bakı) – “Neftçi” (Bakı) – 2:1
2004-cü il
“Neftçi” (Bakı) – “Şəmkir” (Şəmkir) – 1:0
2005-ci il
“Bakı” (Bakı) – “İnter” (Bakı) – 1:1 (əlavə vaxtda – 2:1)
2006-cı il
“Qarabağ” (Ağdam) – “Karvan” (Yevlax) – 2:1
2007-ci il
“Xəzər-Lənkəran” (Lənkəran) – “MKT-Araz” (İmişli) – 1:0
2008-ci il
“Xəzər-Lənkəran” (Lənkəran) – “İnter” (Bakı) – 2:0
2009-cu il
“Qarabağ” (Ağdam) – “İnter” (Bakı) – 1:0
2010-cu il
“Xəzər-Lənkəran” (Lənkəran) – “Bakı” (Bakı) - ???

0
0