28 dəqiqə 45 saniyəlik “Super” Mario
06.05.2010 - 11:05
28 dəqiqə 45 saniyəlik “Super” Mario
Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunlarından sonra bombardirlər siyahısında dəyişiklik baş verib. Apasport.az saytının məlumatına görə, “Olimpik-Şüvəlan”la görüşdə qələbə topunu vuraraq, “Xəzər-Lənkəran”ı finala çıxaran 33 yaşlı hücumameylli yarımmüdafiəçi Mario Souza vahid liderliyə yüksəlib.

Bu matçadək 4 futbolçunun hesabında 3 qol var idisə, artıq Mario həmin 3 “şərik”indən ayrılıb. Ən maraqlısı isə Marionun bu qolları vurmağa cəmi 115 dəqiqə vaxt sərf etməsidir. Orta hesabla hər qola 28 dəqiqə 45 saniyə sərf edən braziliyalı futbolçu super məhsuldarlıq göstərir. Ən yaxın izləyicilərinin finalda oynamamağı isə onun kubok mövsümünün “qol kralı” olmasına şərait yarada bilər.

Çünki Marionun zirvə ilə vidalaşması üçün finalda het-trikin qeydə alınması zəruridir. Bu da yalnız 3 futbolçunun ifasında gerçəkləşərsə. “Xəzər-Lənkəran”da Denis Kalinkov, “Bakı”dan isə Aleksandar Şoliç və Jaba hələlik 2 qol vurub. Onlar finalda dubla etməklə, Souzaya şərik ola bilərlər.

N

Futbolçu

Klubu

Oyun(dəqiqə)

qol

1

Mario Souza

"Xəzər-Lənkəran"

3 (115)

4

2

Samir Əliyev

"Neftçi"

4 (267)

3

3

Fuad Əliyev

“Bakılı”

4 (314)

3

4

Fərid Quliyev

"Standard"

4 (360)

3



Vüqar XEYRULLAYEV