Cüneyt Biçər tarixə düşdü
06.05.2010 - 11:24
Cüneyt Biçər futbol tariximizə düşüb. Apasport.az saytının məlumatına görə, “Bakı” klubunun baş məşqçisi Azərbaycan kubokunun finalına çıxan ilk türkiyəli çalışdırıcı olub. Onun rəhbərlik etdiyi komanda turnirin qalibi olmaq üçün mayın 23-də həlledici oyunda “Xəzər-Lənkəran”ı yenməlidir. İndiyədək Azərbaycan kubokunun finalına üç əcnəbi mütəxəssis çıxmışdı.
Maraqlısı odur ki, onların hamısı “İnter”in ukraynalı baş məşqçiləri idi. 2005-ci ildə Anatoli Konkov, 2008 və 2009-cu illərdə Valentin Xodukin finala çıxsa da, uduzublar. Konkovun “Bakı”ya (1:2) yenilibsə, Xodukinin isə “Xəzər-Lənkəran”a (0:2) yenilməsi maraqlı məqamdır. Sonuncu ötən il “Qarabağ”a məğlub olub – 0:1. Göründüyü kimi, finala çıxan əcnəbilər arasında nəhayət, qeyri-ukraynalı da oldu. 35 yaşlı Biçər Azərbaycan kubokunun həlledici oyununda iştirakçısı olan gənc baş məşqçi kimi də rekord edib.
Türkiyəlini finalda təcrübəli həmkarı Ağasəlim Mircavadovla sınaq gözləyir. “Xəzər-Lənkəran”ın 63 yaşlı çalışdırıcı indiyə kimi finalların hamısına qalib olub. O, 1993-cü ildə “Qarabağ”, 2007 və 2008-ci ildə “Xəzər-Lənkəran”la bu titula sahib çıxıb.
Qeyd edək ki, “Bakı” tarixində 2-ci, “Xəzər-Lənkəran” 3-cü dəfə ölkə kubokunun finalında oynayacaq. Hər ikisinin indiyə kimi finalda qalib gəldiklərini nəzərə alsaq, bu dəfə hansısa büdrəməli olacaq.
Mehman SÜLEYMANOV

0
0