Azərbaycan çempionu üçün Fransadan 50 qızıl - FOTO
06.05.2010 - 12:00
Azərbaycan çempionu üçün Fransadan 50 qızıl - FOTO
2009/10 mövsümünün qaliblərinə veriləcək medallar artıq hazırdır. Apasport.az-ın Peşəkar Futbol Liqasının rəsmi internet saytına istinadən məlumatına görə, mükafatlar Fransanın "Arthus-Bertrand" şirkəti tərəfindən hazırlanıb.

Sifarişə əsasən şirkət 2009/2010-cu il mövsümünün Premyer Liqa, əvəzedici komandalar və birinci divizion üçün qızıl, gümüş və bürünc, həmçinin Azərbaycan kubokunun qalibi və finalçılar üçün mükafatları hazırlayıb. Artıq hər əyarlı mükafatdan 50 ədəd medal öz sahibini gözləyir.

Qeyd edək ki, "Arthus-Bertrand" şirkəti Fransanın məşhur "Şərəf Legionu Ordeni"ni hazırlayır.