Yığmamızın sabiq qapıçısı zədə aldığı üçün sevinir - FOTO
06.05.2010 - 12:47
“Samsunspor”a 2:3 hesabı ilə uduzduğumuz görüşün 26-cı dəqiqəsində zədələndim. Əvəzlənməyimə razı olmadım. İynə gücünə ikinci hissədə də oynadım. Amma bu inadkarlığım mənə baha başa gəlib”. Bu sözləri apasport.az saytına açıqlamasında Türkiyənin Bank Asiya liqasında mübarizə aparan “Kartalspor” klubunun qapıçısı Vitali Kovalyov deyib.
Azərbaycan yığmasının sabiq qapıçısı bildirib ki, zədəsi ilə bağlı dünən sonuncu dəfə həkim müayinəsindən keçib: “Həkim əməliyyatın vacibliyini dedi. İnşallah, klub rəhbərliyi ilə görüşdükdən sonra əməliyyatın vaxtını müəyyənləşdirəcəyik. Əməliyyatdan 3 gün sonra Azərbaycana qayıdacağam. Üç həftə sonra məşqlərə başlaya bilərəm”.
Bank Asiya liqasının başa çatmasına 1 tur qalıb. Həmyerlimiz bu matçın onlar üçün əhəmiyyət daşımadığını söyləyib: “Artıq liqada qalmağı təmin etmişik. Mənimlə yanaşı, daha 5-6 futbolçu “Giresunspor”a qarşı forma geyinməyəcək. Məşqçilər korpusu səfərə əvəzedici heyəti aparacaq. Sevinirəm ki, zədəni məhz çempionatın sonuna yaxın aldım”.
Qeyd edək ki, 33 yaşlı qapıçı cari mövsümün əvvəlində "Kartalspor"a keçib. Klub hazırda 41 xalla 13-cü pillədə qərarlaşıb.

0
0