Cüneyt Biçər təkzib edir: Mən Türkiyə mətbuatına elə söz deməmişəm
06.05.2010 - 13:45
“Yeni mövsümdə də komandanı çalışdıracağımla bağlı razılıq əldə olunması barədə yayılan xəbər haqda mənə az öncə məlumat verdilər. Mən Türkiyə mətbuatına belə açıqlama verməmişəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun baş məşqçisi Cüneyt Biçər deyib.
Türkiyə mətbuatında Biçərlə klub prezidenti Hafiz Məmmədovun görüşdüyü və gələn mövsümdə komandanı çalışdırmaqla bağlı razılıq əldə olunduğu barədə xəbərlər yayılıb. Ancaq məşqçi əməkdaşımızla söhbətində hansısa razılıq olmadığını bildirib: “Düzdür, Hafiz Məmmədovla mütəmadi görüşlər, danışıqlarımız olur. Ancaq burada yeni mövsümdə də baş məşqçi olmaqla bağlı məsələ müzakirə olunmayıb. Hələ təklif almamışam. Olarsa, bunu qəbul etməyim mümkündür. Niyə də olmasın? Əgər rəhbərlik bizə güvənirsə, niyə də işimizi davam etdirməyək?”
Qeyd edək ki, “altılığ”ın əvvəlində “Bakı”nın baş məşqçi postunda həmyerlisi Bülənt Korkmazı əvəzləyən 35 yaşlı Biçər komandada 8 oyun keçirib. O, Azərbaycan kubokunun finalına çıxan ilk türkiyəli baş məşqçi kimi tarixə düşüb.
Mehman SÜLEYMANOV

- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0