Kaxaber Sxadadzenin halının pisləşməsinin səbəbi məlum oldu
06.05.2010 - 13:51
Bakının “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadzenin “Bakı” ilə oyundan sonra halının pisləşməsinin səbəbi məlum olub. Apasport.az saytının məlumatına görə, gürcüstanlı mütəxəssis paytaxt komandasında çalışdığı müddətdə ilk dəfə Azərbaycan təmsilçisi olan rəqibindən 3 qol buraxıb.
Yarımfinalın cavab oyununda həmşəhərlilərinə 1:3 hesabı ilə uduzan “İnter” yalnız avrokuboklarda bir matçda bu qədər topu qapısında görmüşdü. Sxadadzenin yetirmələri Avropa Liqasının ilkin təsnifat mərhələsində Slovakiyanın “Spartak” klubuna 1:3 hesabı ilə məğlub olmuşdu.
Azərbaycan klubları isə iki ilə yaxın idi “İnter”ə 3 və ya daha çox qol vurmurdu. Ötən mövsüm belə hallarla üzləşməyən bakılılar çempion olduqları 2007/08 mövsümündə bir oyunda 3 qol buraxmışdı. Bu 2008-ci il aprelin 13-də Lənkəranda baş tutan matça təsadüf etmişdi. Həmin oyun da 3:1 hesabı ilə bitmişdi. “Xəzər-Lənkəran”ın qələbəsindən 722 gün sonra “Bakı” “bankirlər”in seriyasını qırmağı bacardı.
“İnter”in öz meydanında bu qədər qol buraxması isə daha uzun müddət əvvələ təsadüf edir. Hələ Anatoli Konkovun baş məşqçiliyi dövründə “Karvan” bakılıları 4:1 hesabı ilə məğlub etmişdi. Ukraynalı mütəxəssisin istefasına səbəb olan həmin darmadağın 2006-cı il martın 19-da keçirilmişdi. Dörd il əvvəlki qarşılaşma ölkə kubokunun ¼ final mərhələsinin cavab oyunu idi.
Vüqar XEYRULLAYEV

0
0