“Lovğalıq olmasın, mən ölkə kuboklarının finalında çox qalib gəlmişəm”
06.05.2010 - 14:42
“Açığı, “Olimpik-Şüvəlan”la cavab görüşünün ilk hissəsindəcə əvəzləməyimin səbəbini dəqiq bilmirəm. Ola bilsin, baş məşqçi son vaxtlar səhhətimdə yaranan problemləri nəzərə aldı”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun estoniyalı futbolçusu Tixon Şişov deyib.
Azərbaycan kubokunun yarımfinal mərhələsində “Olimpik-Şüvəlan”la Lənkəranda keçirilən oyunun 37-ci dəqiqəsində Radomir Todorovla əvəzlənən müdafiəçi son vaxtlar oynamır. Tixonun sözlərinə görə, baş məşqçisi Ağasəlim Mircavadov ona dəyişdirilməsini səbəbini deməyib: “Onunla bu haqda hələ söhbətimiz olmayıb. Mən bir ara xəstələndiyimdən məşqlərdən kənarda qalmışdım. Bəlkə də, baş məşqçi bundan sonra tam hazır olmadığımı görərək, məni əvəzləməyi daha məqsədəuyğun sayıb. Əslində, oynamağı çox istəyirdim. Çünki bir neçə oyun buraxmışdım və yenidən meydana çıxmaq arzum böyük idi”.
Ruhdan düşmədiyini bildirən legioner komandasının qarşıya qoyulan vəzifəni yerini yetirdiyinə görə çox sevinir: “Əlbəttə, Azərbaycan kubokunun finalının iştirakçısı olmaq mənim üçün böyük şərəfdir. Ancaq biz finalda yalnız iştirakla kifayətlənmək fikrində deyilik. Çalışacağıq ki, kuboku qazanaq. Bunun üçün bütün gücümüzü qoyacağıq. Lovğalıq olmasın, mən ölkə kuboklarının finalında çox oynamış və qalib gəlmişəm. Ancaq Azərbaycan kubokunu qazansam, bu, karyeramda xüsusi yer tutacaq”.
Vətənində “Levadiya” klubunun heyətində 5 dəfə ölkə kubokunun, 6 dəfə çempionluğu qazanan 27 yaşlı estoniyalı Azərbaycan çempionu da olmaq istəyir: “Fikrimcə, ən yaxın izləyicimizdən 2 xal irəlidə olmağımız böyük üstünlük deyil. Buna görə də növbəti turda səfərdə “Qarabağ”a mütləq qalib gəlmək istəyirik ki, xal fərqini çoxaldaq. Biz məsələni son tura saxlamaq istəmirik. Ona görə də çempionluğun taleyini Ağdamda həll etməyə çalışacağıq. Bundan sonra bizi “Bakı” ilə dalbadal iki oyun gözləyir. Bu komanda ilə son turdakı və kubokun final oyunu arasındakı fərq çempionatda nəticəsindən asılı olacaq”.
Mehman SÜLEYMANOV

0
0