Fabio Kannavaro: Daha qocalmışam
06.05.2010 - 14:54
Fabio Kannavaro kapitanı olduğu İtaliya yığmasından gedəcəyi vaxtı dəqiqləşdirib. Apasport.az saytının məlumatına görə, “Yuventues” klubunun 37 yaşlı müdafiəçisi DÇ-2010-dan sonra millidəki karyerasını bitirəcəyini açıqlayıb.
Kannavaro bu qərarına əsas səbəb kimi yaşının çoxluğunu göstərib. O, artıq yığma üçün çox qoca olduğunu xatırlatmaqdan çəkinməyib. İndiyə kimi İtaliya yığmasında 132 oyun keçirən Fabio bu göstəricidə mütləq rekordçudur. O, DÇ-2002-də, müdafiəçi Paolo Maldini gedəndən sonra yığmanın kapitanı olub. Növbəti mindialda italyanlara dünya çempionu olmağa kömək edən Fabio turnirin ən yaxşı müdafiəçisi, həmin il dünya və Avropanın ən yaxşı futbolçusu seçilib.
Qeyd edək ki, İtaliya Cənubi Afrika Respublikasında məsul turnirdə Paraqvay, Slovakiya, Yeni Zelandiya ilə bir qrupda yer alıb.

0
0