Tixon Şişov: Məni Estoniyada gözləyirlər
06.05.2010 - 15:17
“Milli komandamızın Finlandiya yığması ilə oyununa getməyəcəyim dəqiqləşib. Bu haqda həmyerlilərimə məlumat vermişəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun estoniyalı müdafiəçisi Tixon Şişov deyib.
2004-cü ildən çıxış etdiyi milli komandasının (14 oyun) bu ayın 21-də Finlandiya, 26-da Xorvatiya ilə Tallində keçiriləcək yoldaşlıq görüşlərinə dəvət alan 27 yaşlı futbolçu vətəninə gec yollanacaq. O, mayın 23-də Azərbaycan kuboku uğrunda “Bakı” ilə final oyunundan sonra yığmanın düşərgəsinə yollanmağı üstün tutur: “Klubumun bununla bağlı federasiyamıza faks göndərdiyini dəqiq bilmirəm, ancaq mən rəsmən məlumatlandırmışam. Yığmada müvafiq şəxsə bildirmişəm ki, kubokda final oyunumuz olduğundan Finlandiya ilə görüşə gələ bilməyəcəyəm. Bu görüş mənim üçün çox önəmlidir. Həmin oyunda iştirak edib, Allahın köməyi ilə qalib gəlib, bundan sonra rahat yığmaya getmək olar. Məni Estoniyada gözləyirlər. Çünki mənə dəvət bir yox, iki oyuna gəlib. Ona görə də Xorvatiya ilə yoldaşlıq görüşündə yığmamın sıralarında olacağam. “Neftçi”də çıxış edən həmyerlilərim – Dmitri Kruqlov, Taavi Rahn və Vladimir Voskoboynikov isə məndən əvvəl Estoniyaya gedib, Finlandiya ilə oyuna iştirak edə bilərlər. Çünki onların komandası kubokun finalına çıxmayıb, Azərbaycanda çempionat isə mayın 16-da bitir”.

0
0