FİFA-dan “Şəfa”ya növbəti qadağa!
06.05.2010 - 18:06
“Şəfa” stadionu cari il üçün də beynəlxalq görüşləri keçirmək üçün lisenziya ala bilməyib. Bu barədə apasport.az saytına arenanı uzunmüddətli icarəyə götürən “İnter” klubunun prezidenti Georgi Nikolov məlumat verib. Onun sözlərinə görə, FİFA-nın lisenziyalaşdırma laboratoriyasının rəsmiləri stadiona baxış keçiriblər və məlum olub ki, “Şəfa” ali futbol qurumunun tələblərinə cavab vermir.
Bu səbəbdən paytaxt təmsilçisi icarəyə götürdükləri stadionda beynəlxalq oyunlar keçirə bilmir. Bundan təəssüflənən Nikolovun sözlərinə görə, FİFA-nın tələblərini yerinə yetirməkdən başqa çarələri yoxdur: “Biz sadəcə, meydançanın ot örtüyünü tamamilə dəyişdirməyə məcburuq. Ancaq arenada hazırda yenidənqurma işləri getdiyindən, indi bunu etmək mənasızdır. Son tikinti işləri başa çatan kimi, qazonun dəyişdirilməsinə başlamaq olar. Qazon yenidən sintetik olacaq. Təbii ot örtüyü yaxşı olardı və mən buna qarşı çıxmıram. Ancaq təbii otu saxlamaq, bizə çox baha başa gəlir. Təsəvvür edin ki, hər gün meydanı sulamaq üçün 75 kubmetr su lazımdır. Bundan əlavə, iqlim təbii ot örtüyü üçün əlverişli deyil”.

0
0