Mahir Şükürovun komandası “Spartak”a böyük hesabla uduzdu
07.05.2010 - 09:21
Azərbaycan yığmasının futbolçusu Mahir Şükürovun çıxış etdiyi Rusiyanın “Anji” klubu cari mövsümdə ilk böyük hesablı məğlubiyyətini alıb. Apasport.az saytının məlumatına görə, Mahaçqala təmsilçisi Premyer Liqanın IX turunda ölkənin ən titullu klubu Moskva “Spartak”ına səfərdə 0:3 hesabı ilə uduzub.
Ancaq Mahir komandasının bu darmadağınını görməyib. Məsələ ondadır ki, 28 yaşlı futbolçumuz nəinki əsas heyətdə, heç ehtiyatda da yer almayıb. “Anji”nin baş məşqçisi Hacı Hacıyev Şükürovu “Spartak”la “Lokomotiv”in stadionunda keçirilən görüşdə “18-liy”ə daxil etməməyi qərara alıb.
Qeyd edək ki, Mahaçqala klubu 9 oyundan sonra eyni xalla turnir cədvəlində 12-ci pillədə yer alıb. “Anji” növbəti turda mayın 11-də Moskva “Dinamo”sunu qəbul edəcək.

0
0