Anatoli Ponomaryov: Uzun illər Türkiyə klubunda çıxış etmək istəyirəm
07.05.2010 - 09:42
“Azərbaycan milli komandasına yenidən dəvət olunmağımın səbəbi “Orduspor”da nümayiş etdirdiyim oyundur”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının futbolçusu Anatoli Ponomaryov deyib.
Türkiyə çempionatının aşağı dəstəsində çıxış edən “Orduspor”un şərəfini qoruyan 28 yaşlı hücumçu bu komandada oynamasından məmnundur.
Ponomaryov Türkiyə mətbuatına verdiyi açıqlamada yığmamızın ötən ay təşkil olunan təlim-məşq toplanışına qatıldığını da xatırladıb: “Orduspor”dakı uğurlu oyunumun ardından Azərbaycan millisinə dəvət aldım. Ölkəmin yığmasında oynamaq qürurvericidir. İnşallah, millidə uzun illər oynayaram. “Orduspor”da oynadığım üçün də çox xoşbəxtəm. Gələn il də bu komandada çıxış edərəm. Mənə şans verildiyi müddətdə komandanın uğuru üçün əlimdən gələni edəcəyəm”.
Anatoli “Orduspor”u əvvəllər çıxış etdiyi klublarla müqayisə də edib: “Heç bir klubda oynamaqdan “Orduspor”da olduğum qədər zövq almamışam. Burada özümü heç yad kimi hiss etmirəm. Sanki öz vətənimdə oynayıram. Azarkeşlər komandaya çox bağlıdır, insanlar da istiqanlıdır. Bütün bunlara görə uzun illər “Orduspor”da çıxış etmək istəyirəm”.
Ponomaryov vətəni Azərbaycan və çıxış etdiyi Türkiyənin yığmalarının Avro-2012-nin seçmə mərhələsində bir qrupda yer almasına da münasibət bildirib: “Bu komandaların oyununda forma geymək nəsib olsa çox qarışıq hisslər keçirəcəyəm. Bir tərəfdən çox sevdiyim ölkəmin, digər tərəfdə isə ən azı vətənim qədər sevdiyim Türkiyənin milliləri qarşı-qarşıya gələcək. Ümid edirəm ki, hər iki komanda adına layiq olan, ən gözəl şeyləri göstərəcək”.

0
0