“Orduspor”da ikinci azərbaycanlı
07.05.2010 - 10:01
Türkiyənin “Orduspor” klubu azərbaycanlı futbolçu transfer etmək istəyir. Apasport.az saytının məlumatına görə, I dəstə təmsilçisi heyətindəki həmyerlilərimizin sayını artırmaq niyyətindədir.
Bunu qışda milli komandamızın futbolçusu Anatoli Ponomaryovu transfer edən “Orduspor”un prezidenti Nedim Türkmən açıqlayıb: “Yeni mövsüm ərəfəsində heyətimizi gücləndirəcəyik. İmkan olarsa, daha bir azərbaycanlı futbolçunu transfer edəcəyik”.
Qeyd edək ki, yığmamızın daha bir futbolçusu Ernani Pereyra vaxtilə “Orduspor”da oynayıb.

0
0