“Qarabağ”da müəmmalı məşqçi istefası
07.05.2010 - 10:40
“Qarabağ”da müəmmalı məşqçi istefası
Ağdamın “Qarabağ” klubu türkiyəli məşqçisi Fatih Kavlakla yollarını ayrılıb. Apasport.az saytının məlumatına görə, fiziki hazırlıq üzrə çalışdırıcı mövsüm bitməmiş komandadan kənarlaşdırılıb.

Kavlakın ailə problemləri üzündən rəhbərliyə müraciət edib, qarşılıqlı anlaşma ilə getdiyi deyilsə də, əsl səbəb onun digər klubla danışıqlar aparmasından xəbər tutulmasıdır. Belə olan halda, baş məşqçi Qurban Qurbanovun əsas köməkçilərindən olan türkiyəlinin komandada qalması lazım bilinməyib.

Qeyd edək ki, Kavlak ötən il “Qarabağ”a həmyerlisi Mehmet Akın yerinə gətirilmişdi.