“Xəzər-Lənkəran”ın çempionluq şansını əldən buraxacağına inanmıram” - MÜSAHİBƏ
07.05.2010 - 10:49
Bakının “İnter” klubunun prezidenti Georgi Nikolovun apasport.az saytına müsahibəsi
- Azərbaycan kubokunun “Bakı” ilə cavab yarımfinal oyununda məğlubiyyət və nəticədə turnirdən kənarda qalmaq sizi çox məyus edib. Hətta deyilənə görə, ağlamısınız...
- Belə gözlənilməz nəticədən sonra insanın məyus olması normaldır. Çox yaxşı olardı ki, yenə finala çıxaq. Ancaq təəssüf ki, buna nail ola bilmədik. Bəli, üzülmüşdüm, ancaq ağlamamışam.
- Sizcə, komandanızın finala çıxması üçün nə çatışmadı?
- Düzünü desəm, dəqiq bilmirəm. Ola bilsin ki, xətlər arasında əlaqə yaxşı deyildi, yaxud müdafiəçilər arasında anlaşılmazlıq var idi. Özünüz də gördünüz ki, buraxdığımız hər üç qol müdafiədə səhvlər nəticəsində baş verdi. Xüsusilə, 3-cü qol üzücü oldu. Avtoqol edən serbiyalı müdafiəçimiz Milan Zaqoratsın halına çox acıyıram. O, artıq iki dəfədir eyni hücumçu ilə mübarizədə səhv edir. Hər halda, oyunu baş məşqçimiz Kaxaber Sxadadze təhlil etməlidir. Səbəb nədir, niyə belə oldu – bütün bunları çalışdırıcımız deməlidir.
- Baş məşqçiniz oyunla bağlı sizə hesabat verməyib?
- Verib. Onunla oyun haqda söhbətləşmişik. Düzgün başa düşün, Sxadadze də çox məyus olub. İndi ona suallarla təzyiq etmək düzgün deyil. Mən bunu etmək niyyətində də deyildim. İstənilən halda, Azərbaycan kuboku bizim üçün artıq arxada qaldı. İrəlidə isə çempionatda iki oyunumuz var. İstəyirəm ki, komanda özünü toparlayıb, çempionatın sonunda öz səviyyəsini göstərsin.
- Sxadadze oyundan sonra mətbuat konfransına gəlmədi. Onun səhhətində belə ciddi problem yaranmışdı?
- Bəli. Sxadadzenin qan təzyiqi çox yüksəlmişdi. Oyundan sonra kabinetimdə idi. Açığı, onu belə vəziyyətdə mətbuat konfransına mən buraxmadım.
- Mümkün cəzadan çəkinmədiniz?
- Mənim üçün cəza, yaxud cərimə yox, baş məşqçinin sağlamlığı daha önəmlidir. O, həmin an jurnalistlərə mənalı nəsə demək iqtidarında deyildi.
- Həmin görüşədək Sxadadze ilə müqavilənin müddətini artırdınız. Bunu haradasa tələskən addım saymırsınız?
- Çoxları məndən soruşur ki, o, hələ nəticə qazanmadığı halda, niyə müqaviləni uzadırsınız. Sizə deyim ki, Sxadadze ilə mövsümün əvvəlində müqavilənin şərtlərini razılaşdıranda, onunla uzun müddət işləyəcəyimizi demişdim. Bu, minimum üç il olmalı idi ki, komanda yaransın. Onun futbola baxışı ilə “İnter”in oyununda artım yaranıb və bunun uzun müddətli olmasını istəyirik. Buna görə də müqavilənin uzadılması formal imza atmaq idi. Mən baş məşqçimlə müqaviləsiz də işləyə bilərdim. Sadəcə, məsələni rəsmiləşdirməklə, həm Sxadadzenin özünü, onunla işləyən futbolçuları rahatlaşdırmaq istəyirdim. Onu demək lazımdır ki, bütün müsbət və mənfi cəhətlərdən asılı olmayaraq, hər halda, Kaxaber Sxadadzenin işindən razı qala bilərik.
- Sizcə, futbolçuların baş məşqçi ilə münasibətləri qaydasındadır?
- Hesab edirəm ki, hər şey qaydasındadır. Hər halda, baş məşqçimiz cavandır, onun futbolçu, idmançı kimi gücü qalıb. Sxadadze futbolçuların mentalitetinə yaxındır, onlardan yaxşı baş çıxarır. Bu, oyunçularımıza müsbət təsir edir. Onlar baş məşqçini yaxın insan kimi qəbul edir və prinsipcə, münasibətləri də yaxşıdır.
- Futbolda belədir ki, baş məşqçini istəməyəndə futbolçular oynamaq istəmirlər, hətta qəsdən zəif çıxır edirlər...
- Sizin nəyə işarə vurduğunuzu başa düşürəm. Bu haqda heç düşünmək belə istəmirəm. Hesab etmirəm ki, “Bakı” və bunda əvvəl “Qarabağ”a uduzduğumuz oyunlar bir növ futbolçuların baş məşqçiyə etirazı idi. Belə problem qeyri-mümkündür. Axı mən məşqlərdə daim onların yanındayam, hər şeyi, futbolçuların baş məşqçiyə münasibətini görürəm. Futbolçularla söhbətləşirəm, onların məni aldatdığını heç inanmıram. Yəni, mənə baş məşqçi ilə münasibətlərin qaydasında olduğunu desin, arxasında isə belə qara işlər görsün – bizdə bu cür şeylər yoxdur. Son oyunlarımızda pis nəticə hansısa münaqişə ilə əlaqəli saymıram.
- İki tituldan biri əldən çıxdı və indi qalır yalnız çempionluğu qazanmaq. Lider “Xəzər-Lənkəran”ın sizdən 2 xal irəlidə olduğunu, ancaq növbəti turda səfərdə “Qarabağ”la xal itirməsinin mümkün olduğunu nəzərə alsanız, qızıl medal qazanmaq şansınızı nə dərəcə yüksək sayırsınız?
- Bilirsiniz, insan realist olmalıdır. Artıq “İnter”dən demək olar heç nə asılı deyil. Qalan iki oyunda maksimim xal yığsaq belə, bu, komandamızın 1-ci pilləyə yüksələcəyi demək deyil. Biz əsas rəqiblərimizin büdrəməsinə ümid etməliyik. Yəni, “Bakı” “İnter”lə, “Xəzər-Lənkəran” isə Ağdamdakı oyunda xal itirsin. Açığı, “Xəzər-Lənkəran”ın qızıl medal qazanmaq şansını əldən buraxacağına inanmıram. Təəssüf ki, dalbadal ikinci mövsüm taleyimizi başqaları həll edəcək.
- “İnter” birinci dövrə və ilk mərhələnin qalibi, qış çempionu oldu. Ancaq “altılıq”da cəmi 1 qələbə qazanmısınız, xeyli xal itirmisiniz. Nəticədə liderliyi əldən verən komandanızın həlledici mərhələdə uğursuzluğuna səbəb nədir?
- Hər halda, həmin bir qələbəni də lider “Xəzər-Lənkəran” üzərində qazanmışıq. Düzdür, buna penalti zərbəsi ilə nail olsaq da, hər halda, qələbədir. Görürsünüz ki, “altılıq”da heç bir formal oyun yoxdur. Hamı bir-birinə qarşı bütün gücü ilə mübarizə aparır. Rəqabət elə gərgindir ki, hərdən “yaxşı ki, heç olmasa heç-heçə oldu” deyirsən. “Altılıq”da yüksək nəticə qazana bilməməyimiz rəqiblərimizin də yaxşı səviyyədə olması deməkdir. Mən də hesab edirəm ki, biz gücümüzü bir az bərabər paylaşdırmadıq. İlk iki dövrədə irəliyə çox atıldıq, final mərhələsinə çatanda isə həm psixoloji, həm də ola bilsin fiziki planda gücümüz az qaldı. Bunu da nəzərə almaq lazım idi. Bu, şəxsi fikrimdir.
- Baş məşqçiniz heyətlə bağlı korluq çəkdiyini, zədəli futbolçularının çox olduğunu desə də, ehtiyat oyunçular skamyanız çox uzundur. Hətta ən çox futbolçuya malik klubsunuz...
- Siz müəyyən mənada haqlısınız. Bəli, mən də baş məşqçimizlə bu haqda danışmışam. Ancaq məsələ ondadır ki, Sxadadze həmişə komandanın özəyinə bel bağlayıb. Həmin heyət onların tapşırıqlarını, futbola baxışını meydanda yerinə yetirib. Girts Karlson, Danildo Assioli ciddi zədələnəndə, Robertas Poşkusla Vladimir Levin sarı vərəqə limitini aşdığına görə cəzalananda, vəziyyət ağırlaşdı. Paulius Paknis da zədəlidir. Aleksandr Çertoqanov son vaxtlar ağrıkəsici iynələr hesabına oynadığından yaxşı formada deyil. Əsas oyunçularımızdan olan Kaxaber Mjavanadzedə də belə problem var. Aparıcı futbolçular meydana çıxa bilməyəndə, baş məşqçinin istəyi reallaşa bilmir. Ola bilsin ki, Sxadadze bunu nəzərdə tuturdu.
- Kapitanınız Samir Abasov yaxşı fiziki göstəricilərə malik, döyüşkən futbolçu olsa da, oynamır...
- Səhv etmirəmsə, Samir “Qarabağ” qarşı 90 dəqiqə oynadı. Ancaq açığı, onun “Bakı” ilə kubok oyununda niyə meydana buraxılmadığını bilmirəm.
- Samirin son vaxtlar daim oynamamağını, daha çox ehtiyatda qaldığını nəzərə tuturduq...
- Yenə deyirəm ki, bu, Sxadadzenin baxışıdır. Onun buna cavab verməyi düzgün olardı. Mən elə rəhbərəm ki, heç vaxt baş məşqçinin işinə qarışmır, demirəm ki, misal üçün Abasovu burax, Çertoqanovu ehtiyatda saxla. Bütün bu məsələləri yalnız baş məşqçi həll edir. O, əsas heyəti, taktiki sxemlər qurmaqla bağlı tam məsuliyyətə malikdir.
- Komandanızın heyətində gözlənilən dəyişiklərlə bağlı nə deyə bilərsiniz?
- Açığı, adları indi deyə bilmirəm. İndi bunu etmək də mənasızdır. Bəli, nəzərdə tutulan müəyyən transfer siyahımız var. Hesab edirəm ki, hazırda ad çəkmək düzgün olmazdı. Sxadadze dəqiq seleksiyanı müəyyənləşdirib. O, bir neçə mövqeyini, xüsusilə müdafiəçi ciddi gücləndirmək istəyir, həmçinin yaxşı hücumçu axtarır. Yəqin ki, komandamızda gələn mövsüm üçün 4-5 yeni futbolçu olacaq.
- Bəs gedənlərin kim olacağı müəyyənləşib?
- Bunu da deməyəcəyəm. Hər halda, hələ iki oyunumuz qalıb və indidən heç kimi narahat etmək istəmirəm. Müqaviləsi bitən futbolçularımız var və onlar çətin ki, komandamızda çıxışını davam etdirsin. Prinsipcə, komandamızın özəyi – 15-18 futbolçu qalacaq.
Mehman SÜLEYMANOV

0
0