“Orduspor”un prezidenti: Ponomaryovu çox bəyənirik
07.05.2010 - 11:00
“Anatoli Ponomaryovun klubumuzdakı çıxışından razıyıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyənin “Orduspor” klubunun prezidenti Nedim Türkmən deyib.
Aşağı dəstə təmsilçisinin rəhbəri bu ilin qışında transfer etdikləri Azərbaycan milli komandasının futbolçusu Anatoli Ponomaryovla bağlı fikirlərini açıqlayıb. Türkmən 28 yaşlı hücumçunun yığmamıza dəvət olunmasının da “Orduspor” üçün müsbət hal olduğunu bildirib: “Anatolinin oyununu çox bəyənirik. Onun Azərbaycan milli komandasına çağırılması isə “Orduspor” üçün qürurverici faktdır”.
Qeyd edək ki, yığmamızın baş məşqçisi Berti Foqts Ponomaryovu uzun fasilədən sonra milliyə dəvət edərək ötən ay keçirilən seleksiya xarakterli təlim-məşq toplanışında sınayıb.

0
0