Vaqif Cavadov: “Tvente” məni icarəyə verə bilməz!
07.05.2010 - 12:22
“Artıq 2 gündür ki, Azərbaycandayam. Vətəndə özümü rahat hiss edirəm. Doğmalarımla hal-əhval tutur, eyni zamanda istirahət edirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının və Hollandiyanın “Tvente” klubunun futbolçusu Vaqif Cavadov deyib.
21 yaşlı hücumçu bu ilin yanvarından yaşadığı Hollandiya barəsində təəssüratlarını bölüşüb: “Əlbəttə, Azərbaycan mənim vətənimdir və buranı heç yerə dəyişmərəm. Hollandiyaya tək deyil, ailəmlə - atam, anam və qardaşımla birgə getmişdim. Düzdür, bəzi yaxınlarım, lazım olan adamlar mənimlə deyildilər. Amma valideynlərim darıxmağıma imkan vermirdi. Hollandiyadan çox yüksək təəssüratla qayıtmışam. Razıyam ki, biz çox qonaqpərvərik. Hollandlarda isə qonaqpərvərliklə yanaşı, sadəlik də var. Bizdə bir az sadəlik çatışmır. Hollandiya gözəl ölkədir və orda yaşamaq xoşdur”.
Cavadov “Tvente”nin əsas heyətində debüt etməməsi barədə danışıb. O, bunu idman bəxtsizliyi ilə əlaqələndirib: “Düzü, Avropa karyeramın belə başlanmasını heç istəmirdim, bunu gözləmirdim də. Təəssüf ki, bu, belə oldu. Məşqlərin birində zədələndim. Bu, futboldur, gözlənilməz hadisələrlə zəgindir. Artıq ayağım tam sağalıb. Formamı bərpa etmək üçün əvəzedici heyətdə bir neçə oyuna çıxdım. Təəssüf ki, buna başqa don geydirdilər. Bir daha təkrarlayıram ki, mən əvəzedici deyil, əsas heyətdə oynamaq üçün “Tvente”yə getmişəm. İnşallah, növbəti mövsümdə hər şey qaydasına düşəcək”.
Cavadov mövsümün əvvəlində “Tvente”dən başqa kluba icarəyə veriləcəyi ilə bağlı gəzən söz-söhbətə də münasibət bildirib. Gənc futbolçu iddianı həqiqətəuyğun saymayıb: “İndi diqqətimi yığma komandanın təlim-məşq toplanışına yönəltmişəm. İnşallah, mayın 23-də yığma komanda ilə birgə Avstriyaya gedəcəyəm. Təbii ki, klub karyeram da məni düşündürür. İcarəyə verilməyimlə bağlı deyilənlər isə həqiqətə uyğun deyil. Adətən, futbolçu istəyəndə klubu tərk edib, icarə əsasında oynayır. Amma bu, mənim ürəyimdən keçmir. Odur ki, “Tvente” məni icarəyə verə bilməz”.

0
0