Xaqani Məmmədov qalmaqalla ayrıldığı “İnter” klubuna qayıdır
07.05.2010 - 12:46
“Dünən “İnter" klubunun prezidenti Georgi Nikolovla telefonla danışdıq. Gələcək karyeramla bağlı fikir mübadiləsi apardıq. Bildiyiniz kimi, mən müqavilə ilə paytaxt komandasına məxsusam. “Karvan”da icarə əsasında çıxış edirəm. “İnter”lə hələ bir illik müqaviləm qüvvədədir. Yəni, istər-istəməz çempionatın sonunda ora qayıtmalıyam. Qəbul edib-etməyəcəklərini dəqiq bilmirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında Yevlaxın “Karvan” klubunun hücumçusu Xaqani Məmmədov deyib.
Futbolçu qış “transfer pəncərəsi” zamanı “İnter”dən qalmaqalla ayrılıb. O, klubun gürcüstanlı baş məşqçisi Kaxaber Sxadadze ilə ciddi problem yaşadıqdan sonra “Karvan”a üz tutub.
Məmmədov yenə Sxadadze ilə işləmək həvəsində olmadığını söyləyib: “İnanmıram ki, Sxadadze məni qəbul etsin. Heç mən də onun rəhbərliyi altında oynamağa həvəsli deyiləm. Lakin bu klubla müqaviləm var. Bu səbəbdən mən “İnter”ə qayıtmalıyam”.

0
0