Dmitri Kruqlov: “Neftçi” çox çətin vəziyyətə düşüb
07.05.2010 - 13:08
“İnter” - “Qarabağ” qarşılaşmasında heç olmasa heç-heçə qeydə alınsaydı, bizim üçün daha yaxşı olardı. Amma bizim istəyimizlə heç nə dəyişmir”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun futbolçusu Dmitri Kruqlov deyib.
Komandasının avrokuboklara qatılmaq şansını dəyərləndirən estoniyalı müdafiəçisi vəziyyətlərinin çətin olduğunu etiraf edib: “Birinci “altılıq”da asan oyun yoxdur. İstənilən komanda istənilən rəqibi məğlub edə bilər. “Qarabağ” da öz gücünü göstərib, “İnter”dən 3 xal aldı. Təəssüf ki, bu, bizim vəziyyətimizi çətinləşdirdi. İndi taleyimiz öz əlimizdə deyil. Biz gərək hər iki görüşdə qələbə qazanaq. Rəqiblərimizi də xal itirsinlər. Odur ki, çox çətin vəziyyətə düşmüşük”.
Unibank Premyer Liqasının XXXI turu çərçivəsində səfərdə “Qəbələ”nin qonağı olacaq “Neftçi” Avropa Liqasına vəsiqə qazanmaq şansını davam etdirməsi üçün meydanı qələbə ilə tərk etməlidir. 26 yaşlı müdafiəçi komandasının cari mövsümdə “Qəbələ”ni məğlub edə bilməməsinə toxunaraq, görüşün çətin keçəcəyini vurğulayıb: “Qəbələ”ni zəif adlandırmaq olmaz. Bu komanda çox təhlükəlidir. Rəqiblərini oynamağa qoymurlar. Onlarla görüşdə topu auta da çıxarmaq olmur. Bilirsən ki, hər aut, hər standart vəziyyət onlar üçün əla şansdır. “Qəbələ” standart vəziyyətlərdən qol vurmağı bacarır. Keçirdiyimiz 3 oyunda yalnız bir xal qazanmışıq. Bu amil bizim necə çətin sınaq qarşısında olduğumuz göstərir. Həm onlara qalib gələ bilməməyimiz, həm turnir cədvəlindəki vəziyyətimiz bizi 3 xal qazanmağa məcbur edir. Üstəlik, doğma meydanda onlar yaxşı çıxış edirlər. Ona görə də bizə çox çətin olacaq. Lakin istənilən halda, biz 3 xal əldə etmək üçün meydana çıxacağıq”.

0
0