“Karvan” 200-ə çatır
07.05.2010 - 13:58
Unibank Premyer Liqasının XXXI turu Yevlaxın “Karvan” klubu üçün əlamətdar olacaq. Apasport.az saytının hesablamalarına görə, artıq güclülər dəstəsini tərk edəcəyi rəsmiləşən Yunis Hüseynovun komandası mayın 9-da yubiley matçını keçirəcək. Sumqayıtın “Standard” klubu ilə qarşılaşma “Karvan”ın tarixində 200-cü oyun olacaq. 2004-cü ildə ilk oyununu Bakının “Karat” klubuna qarşı keçirən yevlaxlılar 6 ildə 199 matça çıxıb.
Vüqar XEYRULLAYEV
turnir | O | Q | H | M | T/F | X |
Çempionat | 166 | 69 | 36 | 61 | 221-169 | 243 |
Kubok | 27 | 11 | 7 | 9 | 43-29 | 40 |
Avropa Liqası | 4 | 2 | 1 | 1 | 2-2 | 7 |
İntertoto kuboku | 2 | 0 | 0 | 2 | 1-4 | 0 |
Cəmi | 199 | 82 | 44 | 73 | 267-204 | 290 |
Vüqar XEYRULLAYEV
0
0