Azərbaycan kubokunun finalına gəl, “Nissan” qazan!
07.05.2010 - 14:51
Azərbaycan kubokunun finalına gəl, “Nissan” qazan!
Azərbaycan kubokunun final oyunu üçün lotereya təşkil olunacaq. Apasport.az saytının məlumatına görə, “Xəzər-Lənkəran” və “Bakı” arasında mayın 23-də keçiriləcək görüşü Tofiq Bəhramov adına Respublika stadionundan izləməyə gələnlər “Nurgün Motors” Şirkətlər Qrupunun təqdim etdiyi “Nissan” markalı avtomobil qazana bilər.

Unibank Premyer Liqasını və Azərbaycan kubokunu keçirən Peşəkar Futbol Liqasının rəhbərliyi final görüşünə daha çox tamaşaçı gəlməsini təmin etmək üçün uduşlu lotereya keçirməyi qərara alıb. Bununla bağlı “Nurgün Motors”a edilən rəsmi müraciət müsbət cavablanıb. Ancaq avtomobilə sahib çıxmaq istəyənlər mütləq 1-3 manat dəyərində olan biletləri almalıdır. Yəni, lotereya biletlərin seriyası ilə keçiriləcək və orada uduşa qoyulan hədiyyə əks olunacaq.