“Zenit” də Berti Foqtsun planını pozdu
07.05.2010 - 15:22
“Zenit” də Berti Foqtsun planını pozdu
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun Sankt-Peterburq şəhərinə səfəri təxirə salınıb. Bu haqda apasport.az saytına milli komandamızın futbolçusu Mahir Şükürov məlumat verib.

Rusiyanın “Anji” klubunun şərəfini qoruyan futbolçunun sözlərinə görə, Foqts onun çıxışını izləmək üçün “Zenit”lə səfər görüşünə getməyi planlaşdırıbmış. Ancaq ölkə çempionluğu ilə yanaşı, UEFA kuboku və Superkubokunu qazanan Sankt-Peterburq təmsilçisinin Rusiya kubokunun finalına çıxması planları pozub: “Foqts bizim mayın 15-də Sankt-Peterburqda yerli “Zenit” klubu ilə oyunumuza baxmaq istəyirdi. Ancaq həmin görüş “Zenit”in Rusiya kubokunun finalına çıxmasına görə təxirə salındı. Oyunun tarixi iyulun 4-də keçirilib. Növbəti turda mayın 11-də Moskva “Dinamo”sunu qəbul edəcəyik. Foqts bəlkə Mahaçqaladakı elə bu oyuna gələr. Onunla son vaxtlar əlaqəm olsa da, qrafikimiz, çempionatda növbəti oyunumuzun nə vaxt olacağını bilir. Ancaq nə vaxt gələcəyi ilə bağlı mənə bir söz deməyiblər”.

Qeyd edək ki, Foqtsun artıq 3-cü dəfə Rusiyaya səfəri təxirə salınır. O, “Anji”nin III turda Moskva MOİK-i ilə ev oyununa getmək fikrində olsa da, Mahirin cəzalı olması səfəri təxirə saldı. Alman çalışdırıcı son turda “Spartak” – “Anji” görüşünü Moskvada izləmək istəsə də, ora da gedəsi olmadı. Şükürovun bu dəfə cəza, yaxud problemi olmasa da, həmin səfər oyuna heç aparılmamışdı.