“Xəzər-Lənkəran” sabah çempion ola bilər!
07.05.2010 - 23:04
“Xəzər-Lənkəran” sabah çempion ola bilər!
Sabah Unibank Premyer Liqasının XXXI turunun görüşləri keçiriləcək. Apasport.az saytının məlumatına görə, mayın 9-da - Böyük Vətən müharibəsində alman faşistləri üzərində qələbənin 65 illik yubileyi günündə çempionatın qızıl medalçısı müəyyənləşə bilər.

Söhbət “Xəzər-Lənkəran”ın ölkə çempionluğunu Ağdamda qeyd etməsinin mümkünlüyündən gedir. Bu, cənub təmsilçisi səfərdə “Qarabağ”a qalib gələcəyi və ən yaxın izləyiciləri olan “Bakı” - “İnter” görüşü heç-heçə bitəcəyi halda, baş verəcək. Həmin vaxt “İnter”i artıq 4 xal qabaqlayan “Xəzər-Lənkəran” sona bir tur qalmış əlçatmaz olacaq və tarixində 2-ci dəfə ölkə çempionluğunu bayram edəcək. Ancaq onu da nəzərə alaq ki, Ağasəlim Mircavadovun komandası üçün cari mövsümdə Ağdamdakı görüşlər uğursuz alınıb. Belə ki, “Xəzər-Lənkəran” həm çempionat, həm də ölkə kubokunda “Qarabağ”a səfərdə uduzub.

Qurban Qurbanovun çalışdırdığı komandaya lənkəranlılar üzərində qələbə təkcə kubokun əvəzini çıxmaq baxımından vacib deyil. Məsələ ondadır ki, “Qarabağ” ötən tur Bakıda “İnter”i yenəndən sonra çempionluq şansı qalıb. Ağdamlılar qələbə qazanarsa, “Xəzər-Lənkəran”la xal fərqini minimuma endirəcək. Bu zaman “Bakı” – “İnter” görüşündə heç-heçə çempionluğu son turda gərgin mübarizəyə saxlayacaq.

Turun yeganə Bakı derbisinin iştirakçıları bu həftə ikinci dəfə üz-üzə gələcək. “İnter” onun kubokun finalına yolunu bağlayan həmşəhərlilərinin qonağı olacaq. “Bakı”nın son turda “Xəzər-Lənkəran”la görüşəcəyini nəzərə alsaq, çempionluq şansı öz əlindədir. Yəni son çempionun qalan iki görüşdə qələbəsi ən azı “qızıl oyun”a vəsiqəyə qazanması deməkdir.

Qəbələdəki görüş isə daha çox bürünc medallar uğrunda mübarizədə böyük əhəmiyyət kəsb edir. “Neftçi” mövsümü mükafatçı, avrokuboklara vəsiqənin sahibi kimi başa vurmaq üçün arzuolunmaz rəqibi səfərdə yenməlidir. “Qəbələ” cari mövsümdə flaqmana uduzmamaqla, ümumilikdə ondan 7 xal alıb. Ötən tur evdə “Bakı”nı yenən Ramiz Məmmədovun yetirmələrinin medalçı olmaq şansını demək olar itirib. Ən yaxşı halda, 4-cü yeri tuta biləcək “Qəbələ” bunun üçün qələbə qazanıb, “Qarabağ”ın büdrəməsinə ümid etməlidir. Ölkə kubokunun iştirakçılarını nəzərə alsaq, 4-cü yerin sahibi istənilən halda, Avroliqaya vəsiqə qazanacaq.

9 may

17:15. "Qəbələ" - "Neftçi"

Qəbələ. Şəhər stadionunun süni örtüklü meydançası
Cari çempionatdakı oyunlar – 1:0, 1:1, 2:1

17:15. "Bakı" - "İnter"
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Cari çempionatdakı oyunlar – 0:1, 2:0, 1:1

17:15. "Qarabağ" - "Xəzər-Lənkəran"
Ağdam. Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu
Cari çempionatdakı oyunlar – 1:0, 0:0, 1:2

17:15. "Standard" - "Karvan"
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu
Cari çempionatdakı oyunlar – 2:2, 1:0, 2:1

17:15. "Muğan" - "Simurq"
Salyan. Olimpiya İdman Kompleksinin stadionu
Cari çempionatdakı oyunlar - 0:0, 0:0, 0:1

17:15. "Turan" - "Olimpik-Şüvəlan"
Tovuz. Şəhər stadionu
Cari çempionatdakı oyunlar - 0:0, 3:3, 1:4

I "altılıq"

komandalar

o

q

h

m

t

x

1

"Xəzər-Lənkəran"

18

6

9

3

18-11

27

2

"İnter"

18

6

7

5

18-18

25

3

"Bakı"

18

6

6

6

18-15

24

4

"Qarabağ"

18

5

8

5

14-17

23

5

"Neftçi"

18

4

9

5

11-12

21

6

"Qəbələ"

18

4

7

7

17-23

19



II "altılıq"

komandalar

o

q

h

v

t

x

1

"Olimpik-Şüvəlan"

18

9

5

4

25-15

32

2

"Simurq"

18

8

7

3

20-14

31

3

"Turan"

18

6

7

5

23-21

25

4

"Muğan"

18

6

6

6

14-13

24

5

"Standard"

18

5

4

9

16-23

19

6

"Karvan"

18

2

7

9

13-25

13


Bombardirlər: Anatoli Doroş (Olimpik-Şüvəlan) - 12; Adrean Neaqa (Neftçi) – 11