Avstraliya yığması “Qalatasaray”ın baş məşqçisini istəyir
07.05.2010 - 16:49
Avstraliya yığması “Qalatasaray”ın baş məşqçisini istəyir
Avstraliya Futbol Federasiyası milli komanda üçün baş məşqçi axtarışlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, CAR-da keçiriləcək dünya çempionatından sonra komandadan ayrılacaq Pim Verbekin xələfi olmağa namizədlərin siyahısı məlum olub.

Komandanı çalışdırmağa razılıq verən mütəxəssislər arasında kifayət qədər məşhur simalar var. Martin Yol, Nevio Skala, Filipp Trussye, Yohan Nesskens, Marko van Basten, Leo Beenhakkerlə yanaşı, Frank Raaykarda da namizədlər arasındadır. Böyük ehtimalla, hazırda Türkiyənin “Qalatasaray” klubunu çalışdıran Raykaard komandası ilə titul qazana bilmədiyindən, qovulmaq təhlükəsini hiss edib. Bu səbəbdəndir ki, 48 yaşlı hollandiyalı avstraliyalıların təklifi ilə maraqlanıb.

Qeyd edək ki, Verbek dünya çempionatından sonra Mərakeş milli komandasında texniki vəzifələrdən birində çalışacaq.