Məşhur futbolçular şou-biznesdə
07.05.2010 - 17:00
Məşhur futbolçular şou-biznesdə
Londonun “Çelsi” klubunun futbolçuları Didye Droqba və Floran Maluda musiqi fəaliyyətinə başlayıb. Apasport.az saytının məlumatına görə, DÇ-2010-da iştirak edəcək bu futbolçular birgə rok-qrup yaradıb. Maluda zərb alətində, Droqba isə bas-gitarada ifa edəcək.

Frank musiqi alətlərində ifaçılıq bacarığını göstərmək üçün vaxt istəyir: “Biz hələ ki yolun əvvəlindəyik, məşq edirik. İstəyirik ki, bizdə nəsə qeyri-adi şey alınsın. Hazır olanda öz yaradıcılığımızı göstərəcəyik. Qrupumuz “Coldplay” üslubuna can atacaq. Onların “Uembli” stadionunda konserti inanılmaz idi”.