Qyoko Hacıyevski: Mən gəlirəmsə, Pokora istefa verməlidir!
07.05.2010 - 17:12
“Mənim “Simurq” klubunda işləyəcəyim hələ dəqiqləşməyib. Rəhbərlikdən cavab gözlədiyim üçün hələlik Makedoniyadayam”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının və “Bakı” klubunun sabiq baş məşqçisi Qyoko Hacıyevski deyib.
Ötən ay Zaqatalanın “Simurq” klubunun dəvəti ilə ölkəmizə gələn və icraçı-direktor təyin olunan makedoniyalı mütəxəssisin mövsümün sonunda ukraynalı Roman Pokoranın yerinə baş məşqçi qoyulacağı nəzərdə tutulmuşdu. Ancaq deyəsən, danışıqlar baş tutmayıb. Belə ki, Hacıyevski ilə maddi məsələlərdə ortaq məxrəcə gəlməyən klub rəhbərliyi yarım ildən çoxdur işsiz qalan Əsgər Abdullayevlə də razılaşa bilməyib. Ancaq maliyyə tərəfdən razılaşa bilmədiklərini təkzib edən makedoniyalı hələlik gözləməyi üstün tutur: “Simurq”da çalışacağıma ümidim qalıb. Bir az da gözləyəcəyəm, görək, necə olur. Çempionatın sonuna iki tur qalıb. Komandaya yeni baş məşqçi gəlirsə, indiki məşqçi istefa verməlidir. Klub prezidenti Zaur Məmmədovla mütəmadi əlaqə saxlayıram. Bəzi məsələlər var ki, onlar məndən asılı deyil. Bunların həlli lazımdır. Onların konkret nə olmasını mən yox, “Simurq” rəhbərliyi deyə bilər”.
Qeyd edək ki, Hacıyevski ölkəmizdə ilk olaraq çalışdırdığı “Bakı” klubuna ötən il Azərbaycan çempionluğunu qazandırıb.

0
0