Milos Krasiç “Fənərbaxça”da!
07.05.2010 - 17:24
Milos Krasiç “Fənərbaxça”da!
“Fənərbaxça” növbəti mövsüm üçün transfer fəaliyyətinə başlayıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “sarı-lacivərdlilər”in Rusiya MOİK-inin serbiyalı futbolçusu Milos Krasiçlə danışıqları müsbət yekunlaşıb.

Ordu klubu bu futbolçuya görə 2 ay öncə 11 milyon avro istəsə də, sonda 8 milyon avroya satmağa razılaşıb. Türkiyəli həmkarlarımız serbiyalı futbolçunun “Fənərbaxça” ilə 3+1 illik müqaviləyə imza atacağını bildirirlər. Onun klubda 1 illik qazancı isə 3 milyon avro olacaq.

Qeyd edək ki, Milos Krasiç 2004/2005 mövsümündən MOİK-də çıxış edir. 25 yaşlı futbolçu Moskva klubunun heyətində 144 matçda 27 qol vurub.