“Türkiyədən təkliflər alsam da, Azərbaycanda oynamaq istəyirəm”
07.05.2010 - 23:15
“Böyükağa Hacıyevin pis əməllərindən sonra “Standard”dan ayrıldım. Onun “Standard”a baş məşqçi gəlməsində mənim də köməkliyim olub”. Bu sözləri apasport.az saytına açıqlamasında “Standard” klubundan ayrılan Ramal Hüseynov deyib.
Sumqayıt təmsilçisindən qalmaqalla ayrıldığına təəssüflənən Hüseynov bunun səbəbini baş məşqçisi Böyükağa Hacıyev də görür: “Məni “torba tikməklə” günahlandırır. Hamı məni tanıyır. Kişi kişiyə “torba tikməz”. Heç kim deyə bilməz ki, Ramal bilərəkdən oynamadı. Hadisələrin bu həddə çatması, bu cür söz-söhbətin olması heç də xoş deyil”.
Mövsümün sonunu gözlədiyini deyən 26 yaşlı futbolçu bir neçə klubdan təklif olduğunu ancaq ad çəkmək istəmədiyini bildirib. Türkiyə birinci dəstəsində çıxış edən komandalardan təklif olduğunu söyləyən Hüseynov karyerasını ölkə xaricində davam etdirmək niyyətində olmadığını vurğuladı: “Sözün düzü, danışıqlar apardığım komanda var. Ancaq mövsüm başa çatmadığı üçün ad çəkməyim düz olmaz. Türkiyə variantına gəlincə, qardaş ölkədən də təkliflər var, ancaq Azərbaycanda oynamaq istəyirəm. Çünki orada darıxıram. Əvvəllər Rəşad orda idi, darıxmırdım”.
Bir neçə müddətdir futbol oynamayan futbolçu fərdi məşqlərlə kifayətləndiyini sözlərinə əlavə edib: “Formamı itirməmək kimi bir qorxum yoxdur. Çünki bu elə bir şeydir ki, insanın öz əlindədir. Nə vaxt istəsə, gücünü bərpa edə bilər. Fərdi məşqlər edirəm. Misal üçün, “kross” qaçıram və trenajor zalında məşğul oluram”.

0
0