Nazim Süleymanov problemlə üzləşib
07.05.2010 - 22:41
“İstər-istəməz görüşün heç bir əhəmiyyətinin olmaması futbolçuları oyuna kökləməkdə çətinlik yaradır. Buna baxmayaraq, qələbə qazanmaq üçün mübarizə aparacağıq”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “Olimpik-Şüvəlan” baş məşqçisi Nazim Süleymanov deyib.
Həftəsonu Unibank Premyer Liqasının XXXI turu çərçivəsində səfərdə “Turan”la qarşılaşacaq “təyyarəçilər” sonacan mübarizə aparacaq. Nazim Süleymanov futbolçuların klub qarşısında öhdəliklər götürdüklərini və çempionat başa çatmadan tam motivasiyasız oynamayacaqlarını bildirib: “Daha əvvəldə qeyd etmişəm. Futbolçular klubla müqavilə bağlayaraq, müəyyən öhdəliklər götürüblər. O öhdəliklərdən biri də çıxıb sonacan mübarizə aparmasıdır. Nə etmək olar, reqlament belədir və hörmətlə yanaşmaq lazımdır”.
Qeyd edək ki, “Turan”la oyun öncəsi paytaxt təmsilçisinin heyətində ciddi itkilər var. Belə ki, ölkə kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşmasında zədələnən Alves Dos Santos “Turan”la oyunda iştirak edə bilməyəcək. Həmçinin cəzalı olan Junivan Suares, Anatoli Doroş və Sergey Laşenkov Tovuza aparılmayıblar.

0
0