Sərvət Çətinin yerinə Diakite
07.05.2010 - 22:57
Sərvət Çətinin yerinə Diakite
Müdafiəçi Sərvət Çətinlə yollarını ayırmağı planlaşdıran “Qalatasaray” onun mövqeyinə “Latsio”nun arxa xətt oyunçusu Modibo Diakiteni transfer etmək istəyir. Apasport.az saytının xəbərinə görə, İstanbul klubu “Seltik” və “Panatinaikos”un da gündəmində olan 23 yaşlı fransız futbolçu üçün qarşı tərəfə 6 milyon avro ödəməyə hazırdır.

2006-cı ildə “Peskara”dan transfer olunan Diakite indiyə kimi “Latsio”nun heyətində A seriyasında 30 qarşılaşmada 1 qola imza atıb.