Dmitri Kruqlov: Bizə baş məşqçi lazım deyil - MÜSAHİBƏ
07.05.2010 - 23:41
Cari mövsümdə heç də özünə bənzəməyən “Neftçi” ardıcıl ikinci dəfə avrokuboklara çıxa bilməmək təhlükəsi ilə üzləşib. Düzdür, flaqmanın şansı var. Necə deyərlər, taleyi öz əlindədir. Bunun üçün isə son iki oyunda maksimum nəticə göstərmək lazımdır. “Neftçi”nin estoniyalı müdafiəçisi Dmitri Kruqlovla söhbətimiz zamanı o da ümidlərini itirmədiklərini dedi. Kruqlov eyni zamanda mövsümün bitməsini gözlədiyini və yalnız bundan sonra bir çox suallara cavab gələcəyini söylədi.
- Başlayaq “Xəzər-Lənkəran”la keçirdiyiniz son oyundan. Bu qarşılaşma barədə nə deyə bilərsən?
- Çətin oyun oldu. Rəqibimizin güclü olduğunu bilirdik. Bu, Azərbaycan derbisi idi. Hər kəs görüşün çətin keçəcəyini bilirdi və bu oyuna məsuliyyətlə hazırlaşmışdı. Hər iki komanda ehtiyatlı oyuna üstünlük verirdi. Amma yaradılan qol vəziyyətlərinə baxdıqda bizim üstün olduğumuzu demək olar. Onlardan istifadə edə bilsəydik, qələbə qazana bilərdik. Hər halda qazanılan bir xalı müsbət nəticə sayıram.
- Bir xalı müsbət nəticə sayırsan. Digər tərəfdən, “Qarabağ” həmin gün “İnter”ə qalib gələrək sizinlə xal fərqini artırdı.
- Orası elədir. Hərçənd həmin görüşdə heç olmasa heç-heçə qeydə alınsaydı, bizim üçün daha yaxşı olardı. Amma bizim istəyimizlə heç nə dəyişmir. Birinci “altılıq”da asan oyun yoxdur. İstənilən komanda istənilən rəqibi məğlub edə bilər. “Qarabağ” da öz gücünü göstərib “İnter”dən 3 xal aldı. Təəssüf ki, bu, bizim vəziyyətimizi çətinləşdirdi. İndi taleyimiz öz əlimizdə deyil. Biz gərək hər iki görüşdə qələbə qazanaq. Rəqiblərimiz də xal itirsinlər. Odur ki, çox çətin vəziyyətə düşmüşük.
- Sizi qarşıdakı turda çox çətin oyun gözləyir. “Qəbələ” ilə səfərdə qarşılaşacaqsınız. Bu oyun barədə nə deyə bilərsən?
- Bizi heç də asan oyun gözləmir. “Qəbələ”ni zəif adlandırmaq olmaz. Bu komanda çox təhlükəlidir. Özləri oynamır, rəqiblərini də qoymurlar. Onlarla görüşdə topu auta da çıxarmaq olmur. Bilirsən ki, hər aut, hər standart vəziyyət onlar üçün əla şansdır. “Qəbələ” standart vəziyyətlərdən qol vurmağı bacarır. Üstəlik, doğma meydanda onlar yaxşı çıxış edirlər. Ona görə də bizə çox çətin olacaq. Lakin istənilən halda biz meydana 3 xal əldə etmək üçün çıxacağıq.
- “Qəbələ” cari mövsümdə hələ sizə məğlub olmayıb...
- Düzdür. Keçirdiyimiz 3 oyunda yalnız bir xal qazanmışıq. Bu amil bizim necə çətin sınaq qarşısında olduğumuzu göstərir. Həm onlara qalib gələ bilməməyimiz, həm turnir cədvəlindəki vəziyyətimiz bizi 3 xal qazanmağa məcbur edir.
- Bu oyunda xal itirsəniz avrokuboklarla vidalaşa bilərsiniz. Bu məsələ sizin üzərinizdəki təzyiqi artırmır ki?
- Təzyiq? Yox, hesab etmirəm ki, bizim üzərimizdə təzyiq var. Düzdür, məsuliyyətimizi başa düşürük və qarşıdakı tura çox ciddi yanaşırıq. Anlayırıq ki, ani diqqətsizlik mövsümü boşa verməyimizlə nəticələnə bilər. Ona görə də bütün gücümüzü toplayıb qarşıdakı oyunlarda qələbə qazanmaq istəyirik.
- Bu komanda ilə Bakıda keçirdiyiniz oyun yadındadırmı?
- Bəli. Çox çətin oyun oldu. Üstünlük bizim tərəfimizdə idi. Bir neçə real qol vəziyyəti yaratsaq da, onlardan lazımınca yararlana bilmədik. Əvvəlcə standart vəziyyətdən qol buraxdıq. Sonradan hesabı bərabərləşdirə bildik. Qələbə qolunu vurmaq üçün irəli atıldığımız məqamda əks-hücumda top buraxdıq. Çox acınacaqlı məğlubiyyət idi.
- Həmin görüşün tamaşaçıları içində mən də var idim. Sənin fikrinlə razıyam - qol vəziyyətlərindən lazımınca istifadə edə bilmirsiniz. Bunu digər görüşlərdə də görmək olar. Bəs bunun səbəbi nədir?
- Çətin sualdır. Buna cavab verə bilməyəcəyəm.
- Arif Əsədov baş məşqçi təyin ediləndən sonra səni hücumlarda tez-tez görmək olar. Bəzi epizodlarda hücumçu kimi oynadığını da söyləmək mümkündür.
- (gülür) Yox, mən hücumçu deyiləm. Sadəcə olaraq, baş məşqçimiz hücumlara tez-tez qoşulmağı tapşırır. Mən də bu tapşırığa əməl edirəm. Hücumlar zamanı olur ki, mərkəzdə görünürəm. Ancaq hücum başa çatan kimi dərhal öz cinahıma qayıdıram. Hücumlar zamanı çalışıram ki, qol da vurum. Amma son vaxtlar buna müyəssər olmuram.
- Özünün də qeyd etdiyin kimi, turnir cədvəlindəki vəziyyət elədir ki, siz son iki turda qələbə qazanmalısınız...
- Futbolda həmişə hadisələr istədiyin kimi cərəyan etmir. Bizim də durumumuz elədir ki, bu oyunlarda maksimum nəticə göstərməliyik. Final mərhələsində komandaların çətinliklə qələbə qazandığını xatırlayın. Belə bir məqamda iki ardıcıl qələbə qazanmağın nə qədər çətin vəzifə olduğunu görmək olar. Amma bizim geriyə yolumuz yoxdur.
- Maraqlıdır ki, son turlarda qarşılaşacağınız hər iki rəqibi - “Qəbələ” ilə “Qarabağ”ı bir amil birləşdirir. Hər iki klub sizinlə keçirdiyi oyunlarda iki qələbə qazanıb, bir heç-heçə edib. Deməli, siz həm də revanş almalısınız...
- Bəli. Bu bizim məsuliyyətimizi artırır. Təbii ki, biz hər iki komandanı məğlub edib bu uğursuzluğu unutdurmalıyıq. Bunu bacarmaya da bilərik. Amma bu, həyatdır.
- Sizin çempionluğa şansınız qalmayıb. Bəs sənin fikrincə, hansı klub qızıl medalı qazanacaq?
- Bilmirəm. Proqnoz verməkdən xoşum gəlmir.
- Mövsümün sonunda müqavilən başa çatır. Onu artırmağı düşünürsənmi?
- Bu barədə nəsə danışmaq hələ tezdir. Hələlik mövsümün başa çatmasını gözləyirəm. Ondan sonra rəhbərliklə söhbət edəcəyik. Yalnız bundan sonra konkret nəsə deyə bilərəm.
- Estoniya yığması Finlandiya və Xorvatiya ilə yoldaşlıq görüşləri keçirəcək. Sən də dəvət alanlar arasındasan. Bu görüşlərdən nə gözləyirsən?
- Çətin oyunlar olacaq. Amma əsas odur ki, seçmə mərhələyə yaxşı hazırlaşaq. Bu oyunlar bizə çox lazımdır.
- Sentyabrda sizi çox çətin görüş gözləyir. Doğma meydanda İtaliyanı qəbul edəcəksiniz. Bu görüşü yəqin ki gözləyirsən?
- Əlbəttə. İtaliya ilə qarşılaşırsansa, burada əlavə stimula ehtiyac yoxdur. Bu görüşdə bizə baş məşqçi lazım deyil. Çıxıb var gücümüzü meydanda qoyacağıq və müsbət nəticə qazanmağa çalışacağıq.
- Sonda daha bir sual. Yığma komandamızın son oyunlarından xəbərin varmı?
- Düzü, oyunlara baxmamışam. Ancaq uşaqlar mənə danışıblar. Son vaxtlar müsbət nəticə qazanmağınız yaxşı amildir. Allah qoysa, gələcəkdə də bu uğuru davam etdirərsiniz.

0
0