İvan Kordoba Çempionlar Liqasının finalını buraxa bilər
08.05.2010 - 10:09
İvan Kordoba Çempionlar Liqasının finalını buraxa bilər
Çempionlar Liqasının final matçı ərəfəsində “İnter” ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, komandanın müdafiəçisi İvan Kordoba mayın 22-də “Santyaqo Bernabeu”da “Bavariya” ilə həlledici görüşdə iştirak etməyə bilər. Buna səbəb futbolçunun İtaliya kubokunun finalında “Roma” ilə görüşdə zədələnməsidir. Oyunda futbolçunun ayaq damarı dartılıb. Adətən bu cür zədələrin sağalması 20 gün çəkir. Klub həkimləri mayın 22-nə kimi Kordoba meydana qayıtması üçün bütün güclərini səfərbər edəcəklərini bildiriblər.