Futbolçu öz avtomobilində qətlə yetirilib
08.05.2010 - 11:24
Meksikalı futbolçu Gilyermo Mesa qətlə yetirilib. Lent.az-ın “Associated Press”ə istinadən verdiyi məlumata görə, Meksika çempionatının ikinci divizionunda çıxış edən “Pumas Morelos” klubunun 21 yaşlı müdafiəçisi öz avtomobilində başından aldığı güllə yarasından keçinib. İnsident mayın 7-də Mexikoda baş verib. Mesa bu il Meksika paytaxtında güllələnən üçüncü futbolçudur. Əvvəlki iki oyunçu sağdır.
0
0