Yeni Bülənt Korkmaz!
09.05.2010 - 00:02
Yeni Bülənt Korkmaz!
Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Ali Turan gələcək planları ilə bağlı danışıb. Apasport.az saytının məlumatına görə, Ali özünü klubun əfsanəvi kapitanı Bülənt Korkmazla müqayisə edib.

O, ən yaxın gələcəkdə "Cim Bom"un yeni Bülənt Korkmazına çevriləcəyini bildirib: "Bülənt Qorxmazda olan mübarizə ruhuna heyran idim. O, mübarizə aparmağı sevər, sona qədər döyüşərdi. Mən də kiçik olanda onun hirsindən, mübarizə əzmindən örnək götürürdüm. Korkmaz mənim idealımdır. Gələcəkdə "Qalatasaray"ın Korkmazına çevrilmək istəyirəm".

Qeyd edək ki, "Qalatasaray"ın keçmiş kapitanı və çalışdırıcısı bu yaxınlarda "Bakı"nın baş məşqçi postundan istefa verib.