Kənan Kərimov: “Neftçi” barədə danışmaq yaxşı çıxmaz
08.05.2010 - 23:18
Kənan Kərimov: “Neftçi” barədə danışmaq yaxşı çıxmaz
“Neftçi” ilə oyun yaxşı hazırlaşmışıq. Bütün komanda qələbəyə köklənib. Məqsədimiz üç xal qazanmaqdır. Çempionatın sonuna doğru yaxşı nəticələr əldə etmək hər bir komanda üçün vacibdir. Ötən oyun doğma meydançada "Bakı"nı udduq. Halbuki çoxu deyirdi ki, "Qəbələ" "Bakı"ya kömək edəcək. Amma oyunumuzla bunun cəfəngiyat olduğunu hər kəsə sübut etdik. Ümumiyyətlə, bizim üçün rəqibin fərqi yoxdur. Öz oyunumuzu düşünürük və ancaq irəli baxırıq". Bu sözləri apasport.az saytına açıqlamasında "Qəbələ"nin kapitanı Kənan Kərimov deyib.

34 yaşlı hücumçu "Neftçi"nin onlara qarşı var qüvvəsi ilə oynayacağını bildirib: "Neftçi yaxşı komandadır. Böyük tarixi var. Məncə, onlar barədə danışmaq yaxşı çıxmaz. Dediyim kimi ancaq öz oyunumuzu düşünürük. Bilirəm ki, "Neftçi"nin məqsədi ciddidir. Yəni, onlar Qəbələyə xal və ya xallar üçün gəlirlər. İstəyəcəklər ki, son iki oyunda qələbə qazanıb Avropaya getsinlər. Onların istəyi bizim üçün maraqlı deyil. Kimin birinci, kimin ikinci olması "Qəbələ" üçün fərq etmir".