Vaqif Cavadov: Bir də Azərbaycana gələndə, ingiliscə danışacağam
08.05.2010 - 23:25
“Tvente” rəhbərliyi mənim və ailəmin rahatlığı üçün hər cür şərait yaradıb. Hətta mənim ingilis dilini öyrənməyim üçün müəllim də tutublar. İndi bu dili öyrənməyə başlamışam. Düzdür, müəyyən çətinliklər var. Amma Azərbaycana növbəti dəfə gələndə ingilis dilində təmiz danışacağam". Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının və Hollandiyanın "Tvente" klubunun hücumçusu Vaqif Cavadov deyib.
21 yaşlı forvard "Tvente"yə keçdiyi "Qarabağ"ın çıxışına da münasibət bildirib. O, "Qarabağ"ın mövsümü medalla başa vuracağını söyləyib: "Qarabağ"ın heyəti geniş deyil. Biri zədələnəndə onu əvəzləmək çətin olur. Əlbəttə, komandanın bir heyətlə oynaması futbolçuların peşəkarlığının yüksək səviyyədə olmasının göstəricisidir. Mən hara getsəm də, "Qarabağ"a dəstək olacağam, bu komandanı heç vaxt unutmayacağam. Məncə, "Qarabağ" oyun üslubunu tapıb. İnanıram ki, bu komanda mövsümü medalla bitirəcək. Başda rəhbərlik və baş məşqçi Qurban Qurbanov olmaqla, bütün komandaya Avropada uğurlar arzulayıram".
Qeyd edək ki, Hollandiya çempionatı başa çatdığına görə, Azərbaycana qayıdıb.

0
0