Diniyev gəlir, gedir
08.05.2010 - 23:34
Diniyev gəlir, gedir
Azərbaycan yığmasının keçmiş baş məşqçisi Şahin Diniyev ölkəmizi tərk edir. Apasport.az saytının məlumatına görə, 44 yaşlı mütəxəssis A kateqoriyasının vaxtını uzatmaq üçün gəldiyi Bakıdan bu gün səhər saatlarında gedəcək. Amma o ən qısa zamanda yenidən vətənə qayıdacaq. Mayın 15-də Rusiya Premyer Liqasında fasilə yarandığından Diniyev yenə Azərbaycana təşrif buyuracaq.

Qeyd edək ki, Şahin Diniyev Çeçenistanın "Terek" klubunda baş məşqçi Anatoli Baydaçnının birinci köməkçisi vəzifəsində çalışır. Diniyev "Terek"lə yeni 3 illik müqavilə imzalayıb.