Biçər “qızıl dubl”dan dəm vurur
08.05.2010 - 23:41
“Kubokda “İnter” üzərində qələbə qazanmağımız o demək deyil ki, çempionat oyununda da rəqibi asanlıqla məğlub edəcəyik. Çünki “İnter” çox güclü komandadır. Buna baxmayaraq, biz bu matça da eyni güclə, eyni məqsədlə çıxacağıq”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Bakı” klubunun baş məşqçisi Cüneyt Biçər deyib.
Paytaxt təmsilçisi bu gün Unibank Premyer Liqasının XXXI turunda “İnter”lə qarşılaşacaq. Bu görüş barədə fikirlərini açıqlayan türk çalışdırıcı iddialı danışıb: “Məqsədimiz yalnız qələbə qazanmaqdır. İnşallah, bunu bacararıq. İstəyimiz həm kuboku qazanmaq, həm də çempionluğu bayram etməkdir. Bu məqsədlərə çatmaq üçün sona qədər mübarizə aparacağıq. Ümid edirəm ki, “qızıl dubl” edəcəyik”.

0
0