Jaba çempion olacaq komandanın adını açıqladı
08.05.2010 - 23:47
“Bizi çox çətin oyun gözləyir. Lakin “İnter” klubunda bir qədər inamsızlıq hökm sürür. Mənə elə gəlir ki, biz “İnter”dən üç xal alacağıq. “Bakı” hər iki mükafata iddiasını davam etdirir. Lakin biz daha çox ölkə çempionu olmaq istəyirik. Mən əminliklə deyirəm ki, “Bakı” çempion olacaq!” Apasport.az saytının xəbərinə görə, bunu “Bakı” klubunun futbolçusu Jaba deyib.
Unibank Premyer Liqasının növbəti turunda bu gün “İnter”lə qarşılaşacaq “Bakı”nın braziliyalı futbolçusu bildirib ki, komandası çempion olacaq: “Başda prezidentimiz Hafiz Məmmədov olmaqla çox yaxşı kollektivimiz var. Klubda əhval-ruhiyyə çox yüksəkdir. Təbii ki, bu, əsas şərtlərdən biridir. Belə olduqda isə biz çalışacağıq ki, bu il mümkün olan bütün titulları qazanaq”.

0
0