“Barselona”da iki “mavi” - FOTO
09.05.2010 - 11:25
“Barselona”da iki “mavi” - FOTO
"Barselona"nın iki ulduz futbolçusu "mavi"dir". Apasport.az saytının xəbərinə görə, bu iddia ilə İspaniya mətbuatı çıxış edib.

İspan həmkarlarımızın belə qənaətə gəlməsinə Zlatan İbrahimoviçlə Xerard Pikenin ilginc şəkildə görüntülənməsi səbəb olub. Bir məşqin ardından "Centro Deportivo"da futbolçular bir maşının yanında olduqca uyğunsuz vəziyyətdə kameralara yaxalanıblar. Əl-ələ, göz-gözə görünən İbrahimoviçlə Pikenin rəsmləri Avropa mətbuatının bəzəyinə çevrilib.

İki ulduz futbolçunun həddən artıq səmimi görüntüləri mətbuatın onları "mavi" elan etməsi üçün yetərli olub. "Barselona" rəhbərliyi və azarkeşlərin bu olaya münasibəti maraq doğurur.