“Qarabağ” – “Xəzər-Lənkəran” matçından sonra qalmaqal yarandı
09.05.2010 - 22:25
Unibank Premyer Liqasının XXXI turunda keçirilmiş “Qarabağ” – “Xəzər-Lənkəran” matçından sonra xoşagəlməz hadisə yaranıb. Apasport.az saytının xəbərinə görə, qarşılaşma başa çatandan sonra meydanda insident baş verib.
Hadisə qonaq komandanın qapıçısı Kamran Ağayevin oyunu idarə edən baş hakim Elçin Məmmədova sərt etirazı səbəbindən baş verib. Hakimlə mübahisə edən Ağayevi “Xəzər-Lənkəran”ın baş məşqçisi Ağasəlim Mircavadov sakitləşdirib. Hakimin əsassız qərarından əsəblərini cilovlaya bilməyən qapıçı oyundan sonra azarkeşlərin stadiona girməsinin qarşısını almaq üçün meydançaya daxil olan polis əməkdaşı ilə də mübahisə edib.
O, bununla kifayətlənməyib və rəqib komandanın bayrağını ayaq altına atıb. Bundan sonra yerli azarkeşlər meydançaya axışıb. Amma yerli polis şöbəsinin əməkdaşları futbol fanatlarının oyunçulara zərər verməməsinə müvəffəq olublar.
APA-nın hadisə yerində olan müxbirinin məlumatına görə, bir nəfər yeniyetmə azarkeş Ağdam Polis Şöbəsinin əməkdaşları tərəfindən döyülüb. Onu polislərin əlindən “Qarabağ”ın futbolçusu Namiq Yusifov alıb. Bir polis əməkdaşı isə azarkeş tərəfindən fiziki təzyiqə məruz qalıb. O sifət nahiyəsindən sağlamlığına təhlükə törətməyən xəsarət alıb. Polis əməkdaşına əl qaldıran fanat asayiş keşikçiləri tərəfindən saxlanılıb.

0
0