Ağasəlim Mircavadov: Futbolçularla ciddi söhbətim olacaq
09.05.2010 - 18:32
Ağasəlim Mircavadov: Futbolçularla ciddi söhbətim olacaq
“Lənkərana qayıdandan sonra futbolçularla ciddi söhbətim olacaq”. Apasport.az saytının xəbərinə görə, bunu “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov deyib.

Cənub təmsilçisi bu gün Unibank Premyer Liqasının XXXI turunda səfərdə “Qarabağ” klubuna 1:2 hesabı ilə uduzub. Oyundan sonra təşkil olunan mətbuat konfransında təcrübəli çalışdırıcı qısa danışıb: “Birinci hissədə oynamaq lazımdır. Məncə, ilk yarıda Oparanı yıxmışdılar”.

Qeyd edək ki, uduzmasına baxmayaraq, “Xəzər-Lənkəran”ın çempionluq şansı qalır. Komanda son turda öz meydanında “Bakı”nı qəbul edəcək və bu qarşılaşamadn sonrav tarixində ikinci dəfə qızıl medallara sahib çıxa bilər.