“Neftçi” klubunu da məğlub etməyə çalışacağıq”
09.05.2010 - 18:37
“Neftçi” klubunu da məğlub etməyə çalışacağıq”
“Bu oyunda hər iki komandaya 3 xal lazım idi”. Apasport.az saytının xəbərinə görə, bunu “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Unibank Premyer Liqasının XXXI turunda “Xəzər-Lənkəran”ı məğlub edərək, ikinci pilləyə qalxan Ağdam təmsilçisinin çalışdırıcısı oyundan sonra keçirilən mətbuat konfransında bildirib ki, son turda da qələbə qazanmağa çalışacaqlar: “Oyunu müdafiədən qurduq. Uşaqlardan razı qaldım. Sonuncu turda “Neftçi” klubunu da məğlub etməyə çalışacağıq”.