Kaxaber Sxadadze jurnalistlərdən üzr istədi
09.05.2010 - 19:01
Kaxaber Sxadadze jurnalistlərdən üzr istədi
“Əvvəlcə kubok oyununda “Bakı”ya məğlubiyyətdən sonra mətbuat konfransında gəlmədiyim üçün bütün jurnalistlərdən üzr istəyirəm. “Bakı”nı isə finala çıxdığı üçün təbrik edirəm”. Apasport.az saytının xəbərinə görə, bunu “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib.

Gürcüstanlı çalışdırıcı bu gün Unibank Premyer Liqasının “Bakı” ilə səfər matçından sonra fikirlərini açıqlayıb. Onun bildirdiyinə görə, oyuna istədikləri kimi nəzarət etsələr də, qələbə topunu vurmaq mümkün olmayıb: “Düzgün taktika qurduq. Təəssüf ki, qol imkanlarından yararlana bilmədik. “Bakı” ən güclü klublardan biridir və düşünürəm ki, onlara qarşı layiqli mübarizə apardıq. Nə etmək olar, oyun 0:0 bitdi. Qarşıdakı oyunumuzu fikirləşəcəyik”.