“Bakı”nın məşqçisi: İlk yarıda bizdə problemlər yarandı
09.05.2010 - 19:10
“Oyunun ilk 20-25 dəqiqəsi biz istədiyimiz kimi keçdi. İmkanlarımız da oldu, amma qol vura bilmədik”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Bakı” klubunun məşqçisi Məqsəd Yaqubəliyev Unibank Premyer Liqasının XXXI turunda “İnter”lə oyunundan sonra deyib.
Paytaxtın eyni adlı komandasının çalışdırıcısı görüşdən sonra təşkil olunan mətbuat konfransında bildirib ki, ilk yarının ortalarında futbolçuları problemlə üzləşib: “İlk 20-25 dəqiqədən sonra bizdə problemlər yaranmağa başladı. Hücumda istədiklərimizi həyata keçirə bilmədiyimiz üçün müdafiəyə diqqət ayırdıq ki, rəqib qapımız ağzında təhlükə yarada bilməsin. Buna nail olduq. Rəqib təhlükə yarada bilmədi. Ancaq uzaq məsafədən qapıya zərbə vururdular”.

0
0