Rəşad Sadıqov qələbənin sirrini açıqladı
09.05.2010 - 23:02
Rəşad Sadıqov qələbənin sirrini açıqladı
“Çətin oyun olacağını bilirdik”. Bunu apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun futbolçusu Rəşad Sadıqov deyib.

Unibank Premyer Liqasının XXXI turunda “Xəzər-Lənkəran”ı 2:1 hesabı ilə məğlub edən Ağdam təmsilçisinin müdafiəçisi bildirib ki, oyuna 3 xal qazanmaq üçün çıxmışdılar: “Artıq “altılığ”ın sonudur. Heyətimizdə ciddi itkilərin olmasına baxmayaraq, yumruq kimi birləşib, qələbə qazandıq. Oyundan əvvəl 3 xal qazanacağımıza inanırdıq. Meydana da bu məqsədlə çıxmışdıq. Uşaqlar yaxşı oynadılar”.