Jaba: “Bakı” 2 vacib xal itirməklə, çempionluğu əldən verdi
09.05.2010 - 23:19
Jaba: “Bakı” 2 vacib xal itirməklə, çempionluğu əldən verdi
“Ön xətdə təkcə mən qalmışdım. Mən də təkbaşına heç nə edə bilmədim”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun hücumçusu Jaba deyib.

Paytaxtın eyniadlı komandası Unibank Premyer Liqasının XXXI turunda qəbul etdiyi “İnter” klubu ilə heç-heçə oynadı – 0:0. Bu görüşlə bağlı fikirlərini bildirən braziliyalı futbolçu komandası üçün çempionluğun əldən çıxdığını düşünür: “İnter” yaxşı oynadı. Biz sadəcə, müdafiəyə fikir verirdik. Bu cür oyunla qol vurmağımız mümkün deyildi. Yekunda öz meydanımızda vacib 2 xal itirdik. Bununla da, çempionluğu əldən verdik”.