Hafiz Məmmədov “Bakı”dan narazı qaldı: Son tur çox gərgin olacaq
09.05.2010 - 23:37
“Qələbə gözləsəm də, 1 xalla kifayətləndik. "Bakı" zəif təsir bağışladı. Futbolçularda yorğunluq hiss olunurdu. Qələbə olmasa da, qazandığımız bir xal bizim Avropaya çıxışımızı dəqiqləşdirdi”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Bakı” klubunun prezidenti Hafiz Məmmədov deyib.
Unibank Premyer Liqasının XXXI turu çərçivəsində “İnter” oyununu izləyən Məmmədov klubun saytına bildirib ki, son tur çox gərgin olacaq: “Son tur çox gərgin olacaq. Həm çempionluq, həm də kubokda mübarizəni davam etdiririk. Sonuncu tur ərəfəsində 4 komandanın çempion olmaq şansı var. Bu, Azərbaycan futbolunun səviyyəsinin və idman mübarizəsinin gərginlyinin artması anlamına gəlir”.

0
0